Anadolu Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümünə və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

19 Yanvar 2018ci il tarixində Anadolu Universiteti Azərbaycan proqramlarında 20 Yanvar faciəsinin 28-ci ildönümünə və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Azərbaycan Həqiqətləri UğrundaKoalisiyanın  üzv  QHT və onların  rəhbərləri: “Mina Qurbanları Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin  sədri Məmməmhəsən Həsənov, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, Azərbaycanın ilk snayperçi xanımı Növrəstə Yusifova, “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədr müavini Yaşar Aslanov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr İradə Rizə-Zadə, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov və Anadolu Universitetindən distant formada təhsil alan tələbələr iştirak etmişlər.

Öncə  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra aprel döyüşlərində şəhid olmuş Elnur Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş olundu .

Tədbiri giriş sözü ilə açan Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov çıxışı zamanı 1990 cı il  yanvarın 19 -dan 20 keçən gecə Bakıda baş verən faciəni  yada salıb , Sovet ordusunun  həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb həmçinin bildiribki, həmin vaxt tam informasiya blokadasında olan  Azərbaycanın haqq səsini,  faciə haqqında ən dürüst məlumatı  ilk olaraq Moskvada Azərbaycanın daimi nümayəndəliyində Ulu Öndərimiz Heydər Əliyev keçirdiyi mətbuat konfransında bütün dünya ictimaitinə çatdırmışdır. Koordinator öz çıxışında həmçinin QHT təşkilatları ilə birgə keçirdikləri bu tədbirin gənclərimizdə vətənpərvərlik ruhunununaşılanmasında önəmini də vurğula. O, həmçinin  vurğulayıbki  həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

 Çıxış  edən  “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov, şəhidlərimizin vətən torpaqları uğrunda göstərdiyi misilsiz şücaətlərindən bəhs edmişdir.

 “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr İradə Rizə-Zadə çıxışı zamanı gəncləri vətənpərvər olmağa çağırdı.

 “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri, Azərbaycanın ilk snayperçi xanımı Növrəstə Yusifova 1990cı il qanlı yanvar tarixində erməni terrorçularının azərbaycanlı qadına, körpəyə, yaşlılara etdiyi işgəncələri, şahid olduğu erməni vəhşiliklərini anlatmış, iştirak etdiyi döyüşün çətinliyindən bəhs etmişdir, O, vətəni sevmək, vətən naminə yaşamaq, ona xidmət göstərməyin vacibliyin bildirmişdir.

 “Mina Qurbanları Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin  sədri Məmməmhəsən Həsənov çıxışı zamanı 20 yanvar hadisələrinin   Azərbaycanın bütün dünyaya istiqlaliyyyətin bərpa möhürün vurduğunu, müstəqil, azad ölkə olduğun sübut etdiyini qeyd etdi.

 Koordinator Azər Hətəmov tələbələri təhsillə, elmlə, savadla böyük nailiyyətlər qazanacağların bildirərək onlara vətəni sevginin sonsuz olması gərəkdiyini qeyd etdi. Qonaqlara tədbirdə iştirak etdikləri üçün öz təşəkkürünü bildirdi. Qonaqlar öz hədiyyələrini təqdim etdi və sonda xatirə şəkilləri çəkildirildi.

One thought on “Anadolu Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümünə və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

  • 22 Yanvar 2018 at 13:08
    Permalink

    HƏR BİRİNİZƏ SALAMLAR. 20 YANVAR HADİSƏLƏRİ İLƏ BAĞLI ANADOLU UNİVERSİTETİ AZƏRBAYCAN PROQRAMININ KORDİNATORU CƏNAB AZƏR HƏTƏMOVUN RƏHBƏRLİYİLƏ KEÇİRİLƏN YÜKSƏK və SƏVİYYƏLİ TƏDBİR ÜÇÜN KOLLEKTİVƏ, TƏLƏBƏLƏRƏ, XÜSUSİ OLARAQ GÜLLÜ XANIMA, HƏYAT YOLDAŞI BƏŞİR BƏYƏ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM. XALQIMIZA QARŞI EDİLƏN faşizm və qəddarlıqları, soyqırımları BELƏ GÖRÜŞLƏRLƏ YAD EDİLMƏSİ TƏQDİRƏ LAYİQDİR və HEÇ ZAMAN UNUDULMAYACAĞINI BİR DAHA TƏSDİQ EDİR. YAŞA VƏTƏNİM, YAŞA VƏTƏNPƏRVƏR XALQ!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir