Aydın müəllim – Hekayə

Bileti və şəxsiyyət vəsiqəsini vaqonun yanında dayanmış bələdci kişiyə uzatdı. Diqqətlə biletə,sonra şəxsiyyət vəsiqəsinə baxan bələdci bir dəfə də Aydın müəllimi bədənnüma süzəndən sonra, biletlə şəxsiyyət vəsiqəsini qaytarıb: Kecin! dedi.

Aydın müəllim əlindəki qara cantanın ipini ciyninə aşirıb, vaqonun pilləkənləri ilə yuxarı qalxdı.

Sv-kupe vaqonun axırında idi. Kupenin qapısını acib icəri daxil oldu. Yerini tapıb, əyləşdi. Ciynindəki cantanı əvvəlcə yanına qoydu. Sonra nə isə fikirləşib, oturduğu oturacaqdan qalxdı. Oturacağı qaldırıb, cantanı oturacağın altındakı yük yerinə qoymaq istəyirdi ki, vaqonun qapısı acıldı.

İcəri girən 40-45 yaşlı arıq, səliqəli geyinmiş adam salam-dedi.

Salamı alan Aydın müəllim cantanı oturacağın altına yerləşdirib, qapağını endirdi. Əyləşdi.

Qatar artıq yarım saat olardı ki, stansiyadan aralanmışdı. Bu yarım saatda bələdci biletləri bir də yoxlamışdı, döşəkağılarını paylayıb, pulunu da almışdı.Söz vermişdi ki, cay da gətirəcək. Bu boyda prosesdə kupe qonşusunun bir dəfə də səsi cıxmamışdı. Oturub ancaq pəncərədən qaranlığa baxmaqla məşğul idi.

Qapı acıldı, cayları gətirən bələdci yavaşca, elə bil utanırmış kimi: Cayın stəkanı 50 qəpikdir-dedi.

Aydın müəllim tez əlini cibinə salıb, bir manatlıq cıxardı: İki cayın pulu.

Bələdci pulu alıb, cıxdı.

Kupe yoldaşı-Nə əziyyət cəkirdiz? Cox sağ olun-dedi.

-Nə əziyyət? Nuş olsun..

Söhbətə körpü salmağın vaxtı gəlmişdi.

Aydın müəllim caydan bir qurtum icib-Qrafikə görə inşaallah səhər saat 8 də Bakıdayıq.

-Elə olmalıdır.

-Mən coxdandır qatarla getmirəm Bakıya.Avtobusla getmişəm. Səsinin tonuna bir gümrahlıq verdi: Qatarla uzaq yol gedəsən ee.Yaxşı mənzərəli yerlərdən kecəsən.

-Özü də vura–vura-Kupe yoldaşı gülümsündü..

-Hə.. Aydın da gülümsündü..

-İcənsiz?

-Mən? Belə də. Toyda bayramda.Özü də bircə rumka. Artıq icə bilmirəm. Nə isə mənə düşmür. Amma siqareti cox cəkirəm.

Susdular. Siqaret deyən kimi, ürəyi siqaret istədi.Zarafat deyil, qatara minəndən cəkməmişdi. Fikrə getdi: “Yaxşı, bəs necə getsin siqaret cəkməyə? Cantasını, cantadakı xalqın əmanətini bu tanımadığı adamın yanındaca qoyub getsin? Başqa necə ola bilər? Cantanı da özü ilə tambura aparmayacaq ki. Onda daha da şübhələndirər qonşusunu. Əşi, iraq olsun bu adam lap cantanı oğurlasa da qatar gedə gedə atlanmayacaq ki. Həm də lap mən cıxandan sonra cantanı acmaq istəsə, o da mümkün deyil. Cantanın kodunu hec mən bilmirəm. Dadaş pulu qoyub bağladı. Rəqəmləri də özü secdi. Dediki, Bakıdakı adam bilir cantanın kodunu. Cantanı verərsən, pulu sayıb qəbul edər, vəssalam. Qayıdıb gələrsən, qalan 200 manatını da alarsan məndən. Bu kağızı da cırıb atarıq.”

Dadaş 50 min manatı onun özünə saydırıb, cantaya qoyandan sonra müəllimə bir kağız da yazdırmışdı ki, filan ayın filan günüdə ona 50 min manat verib. Qol da cəkdirmişdi. Demişdi ki, belə lazımdır.

-Siz siqaret cəkmirsiz?

-Xeyr. Cəkən deyiləm.

-Onda mən bir siqaret cəkib, gəlirəm

Qonşusu təsdiqlə başını yüngülcə tərpətdi.

Tambura gedəndə bələdci ilə üzbəüz gəldi. Bələdci-Bir şey lazım deyil ki? -soruşdu

-Cox sağ olun. Hər şey əladır. Bir azdan yatırıq.

Tamburda hec kim yox idi. Siqareti yandırıb,möhkəm bir qullab vurdu. Azca başı gicəlləndi. Yadına düşdü ki, bu gün əməlli başlı cörək də yeməyib.Səhər tezdən arvadının acdığı səhər süfrəsindən bir dənə şəkərburanı cayla icmişdi. Günorta saat 3 də Dadaşın ofisində pulu alıb cıxandan düz axşam qatar stansiyasına gələnə kimi də evdə ağzına caydan başqa hec nə vurmamışdı. Arvadı nə qədər məcbur eləmişdisə də-Könlüm istəmir–deyib hec nə yeməmişdi.İştahası yox idi.Hələ ürəyində özünü qınamışdıda: “Deyəsən qorxursan aa dostum. Həyəcandan boğazın da tikilib.” Elə özü özünə də cavab vermişdi- “Nədən qorxacam? Puldu da. Aparıb catdıracam yiyəsinə, vəssalam. Qadağan olunmuş bir şey aparmıram ki”..

Novruz bayramından bir həftədən də cox kecmişdi. Bayramda bişən plovdan, dolmadan hələ evdə var idi. Arvadı bayramqabağı coxlu yemək bişirmişdi ki,qardaşıgil qonaq gələcəklər. Onlar da gəlməmişdilər. Qaynı Rusiyada yaşayırdı. Cox soyuq,fərsiz bir adam idi. Bayramdan bayrama bacısına zəng etməyi vardı, vəssalam.3-4 ildən də bir  arvadı və iki oğlu ilə gəlib bir iki həftə onlarda qalırdılar. Başqa düşərgə yerləri də yox idi.Cünki qaynı atasının evini coxdan satmışdı. Onlarda qaldıqları o bir iki həftəni Aydın müəllim soğan kimi soyulurdu. Qonaqlarını rayonun gəzməli yerlərinə aparırdı. Gündə kabab məclisi, daha nələr. İstəyirdi razı getsinlər.Necə olmasa, Azərbaycana gec gec gəlirdilər. Amma qaynının rus arvadının ağzı hec vaxt düzəlmirdi Gələndən gedənə qədər mısmırığını sallayırdı. Yuxarıdan aşağı baxırdı onlara. Gedəndə də ağızucu da olsa Aydıngili qonaq da dəvət eləmirdilər. Qaynı it kimi qorxurdu arvadından. Aydın ürəyində yüz faiz bu qənaətə gəlmişdi ki, vaxt gələcək və qaynı qocalıb əldən düşəndə həmin rus arvad təpiyi vurub onu it kimi qovacaq evindən.Qaynından zəhləsi getməyini arvadına demirdi.İstəmirdi xatirinə dəysin. Tək qardaşı idi. Aydın müəllim kimi arvadının da nə atası var idi,nə anası.Toyları olanda hamısı sağ idilər. Evləndiklərindən 25 il kecmişdi. Düz 13 il uşaqları olmadı. Nəhayət Allah 13 ildən sonra bir qız  qismət elədi. Uşaq olanda Aydınun anası sağ idi.Arvadının təklifi ilə körpəyə nənənin adını qoymuşdular-Cəvahir! İndi yekə qızdır Cəvahir-12 yaşı var. Əlacıdır. Allah Aydın müəllimin calışqanlığından, elmə həvəsindən də verib Cəvahirə. Arzusu həkim olmaqdır.Cəvahiri fikirləşən kimi gülümsündü-Ay səni nənəqız–deyə özü-özünə pıcıldadı! Belə əzizləyirdi qızını-Nənəqız.

Siqaretin kötüyünü tamburdakı dəmir vedrəyə atıb, cıxdı.

Kupe yoldaşı elə paltarlı zadlı üstünü də örtmədən yerində uzanmışdı. Aydın müəllim kupeyə kecib yerində əyləşdi.

Kupe yoldaşı qalxıb oturdu-Bəlkə bir stəkan da cay icək?

-Nə deyirəm

Kupe yoldaşı qapını acıb, cıxdı. Aydın ürəyində fikirləşdi ki, yəqin cayın pulunu bayaq mən verdim deyə, borclu qalmaq istəmir. Deməli yaxşı insandır.Oturduğu yerdən qalxıb, tez oturacağı qaldırdı. Cantanı necə qoymuşdusa, eləcə də durmuşdu.Yerində oturdu. Gözlərini pəncərədən görünən qaranlığa zillədi.

Həə. Sağ salamt əmanəti verib, qayıdım. Sabah axşam Dadaşdan o qalan 200 manatı da alram. Üstünü də evdəki pulla düzəldib aparıb Familin borcumu verərəm.

Kücələrində dükanı olan qəssab Famildən bayram qabağı 350 manat borc almışdı. Qaynı hələ martın əvvələrində Rusiyadan zəng eləmişdi ki, gələcəklər. Bayram qabağı o pulu alıb,tədarük eləmişdi. Bir az da pul saxlamışdı ki, birdən qonaqlar gələndə lazım olar. Bayrama 2 gün qalmış qaynı zəng vurmuşdu ki, Larisa bir az qripləyib deyə gələ bilməyəcəklər. Aydın müəllim də ürəyində həm qaynını söymüşdü, həm də sevinmişdi ki, yaxşı ki gəlmədilər.

Kupe qonşusu əlində iki stəkan cay icəri girdi.

-Nə əziyyət cəkirdiz. Deyərdiz bələdci gətirərdi də.

-Əziyyəti filanı yoxdur. Bələdcinin başı qarışıqdır.

Aydın müəllim indi fikir verdi ki, qonşusunun səsini kiminsə səsinə bənzədir. Amma kimin?.

Ahaa Dadaşın səsinə. Hə, Dadaşın səsinə bənzəyir.

Dadaş onların şəhərinə təzə gəlmişdi. Kök, dazbaş bir adam idi.

40—42 yaşlarında olardı. Amma deyilənə görə evlənməmişdi Deyirdilər  əsilləri bu mahaldan imiş,sonra Bakıya köcüblər. 5 il əvvəl qonşuları evlərini Dadaşa satdı. Dadaş həmin evi əla təmir elətdirib köcdü ora. Sonra o evin yanında başqa bir qonşunun evini   alıb, oranı da ofisə cevirdi. Ofisin yanında 2 mağaza tikdirdi.

3 il əvvəl günlərin bir günü evdən cıxıb məktəbə gedən Aydın müəllimin qarşısını kəsib təklif eləmişdi ki, baha qiymətə onun evini ala bilər. Aydın müəllimin bu gözlənilməz təklifdən başı gicəllənmişdi. Hirsindən bircə kəlmə-Ayıb olsun sizə! Kimdən  eşitmisiz ki mən evimi satıram? Bunu kim sizə deyibsə, qələt eləyib! Əslində bu “qələt eləyib” sırf Dadaşın ünvanına idi. Dadaş Aydın müəllimin bu reaksiyasını elə bil əvvəldən gözləyirmiş kimi sakitcə-Müəllim, hirslənməyin. Məsələ belədir ki, mən bu kücədə ticarət mərkəzi tikmək istəyirəm. Sizin evi də alsam,planla hər şey düzəlir. Vallah  sizə yaxşı pul verərəm. İstədiyiniz yerdə bundan da qəşəng ev ala bilərsiz.

Aydın müəllim–Bu evi mənim babam tikib. Babamdan da əvvəl bu evin yerində mənim ulu babamın imarəti olub. Ermənilər yandırıblar. Satmaq söhbəti ola bilməz! – deyib getmişdi.

Həmin günü əsəbindən dərsi necə yola verdiyini də bilməmişdi. Evdə arvadına bu söhbəti acanda,arvadının: “Yaxşı fikirləş, bəlkə elə pul verər ki, həm yaxşı ev alarıq, bir az da pulumuz qalar?” -deməsi   müəllimin cızdağını cıxarmışdı.

Aydın müəllim bəlkə ömründə ilk dəfə arvadını söymüşdü-Ağılsız qızı ağılsız, sən nə danışırsan? Mən belə biqeyrətəm ki, dədə-babamın mülkünü pula görə hansısa bir sələmci əclafa satım?

Aydın sələmci sözünü düz ünvanına deyirdi. Şəhərdə söz gəzirdi ki, Dadaş sələmlə pul verir.

Sonralar Dadaş hər dəfə onu kücədə görəndə: “Müəllim yaxşı fikirləş, mən pis şey təklif eləmərəm sənə” – deyirdi.

Cin Aydın müəllimin başına vursa da hər dəfə: “Mən sözümü demişəm!” deyib kecirdi. Hətta o borcu alanda qəssab Famil də: -“Ay müəllim, Dadaş 50 min pul verir e sənə. Vallah sənin yerinə olsam, satardım mən o evi. Köhnə evdir də”-demişdi.

İki gün əvvəl məktəbdən evə qayıdırdı. Uzaqdan qəssab dükanının qabağında Famillə Dadaşın söhbət elədiyini gördü.Salam veib kecmək istəyirdi ki, Dadaş Famildən aralanıb Aydın müəllimin qoluna girdi..

-Müəllim necəsən?

-Şükür

-Müəllim,soruşmaq ayıb olmasın, nə qədər maaş alırsan?

-Mənə catır!

Famil gülmüşdü-Yaxşi da müəllim.Mən pis mənada soruşmuram vallah. Niyə hirslənirsən? Məndə bir iş var. Bir əməli saleh adam axtarıram.

-Mən işləyirəm

-Bu iş o işə mane olmayacaq. Həftənin şənbə bazar günü olan işdi. Ayda azı 2,bəlkə də 3 dəfə. Sən də ki bazar günü işləmirsən. Artıq pul cibini yandırmayacaq ki..

-Nə işidir?

Burada artıq Dadaş ciddiləşmişdi – Müəllim, mənim Bakıda da biznesim var. Orada da şəriklərimin ofisi var. Mən ayda bir iki dəfə ora pul göndərirəm. Bilirsən, bankla göndərəndə faizi filanı cox olur. Həm də balaca şəhərdir. Dilə-dişə düşürsən. Mənə bir adam lazımdır ki, ayda bir iki dəfə o pulu catdırsın Bakıya. Hər aparanda da 300-400 verəcəm. Ayda ölüsü 1000 manat qazancdı

-Onda niyə məhz məni..

Dadaş onun sözünü ağzında qoymuşdu-Müəllim, sən təmiz, pak adamsan. Zəmanə pisdir ee.. Hər adama etiabar eləmək də olmur. Razısan? Razısansa, indidən bilim, sabah axşama sənə qatara bilet alım. Şəxsiyyət vəsiqəsiz bilet vermirlər..

-Qatara?

-Hə da, qatar yaxşıdır. Təhlükısizdir.

-Onda fikirləşib bir şey deyərəm sənə bu gün.

Dadaş ona telefon nömrəsini vermişdi ki, zəng eləsin. Evdə arvadla da məsləhətləşmişdi. Arvadı da demişdi ki, “yəqin səninlə dostlaşmaq istəyir Dadaş. Səndən düz adam haradan tapacaq? Həm də vallah lap yaxşı işdir. Alınsa, maaşından 3-4 dəfə cox pul qazanacaqsan  ayda”.

Dadaşa zəng edib, razı olduğunu bildirmişdi. Dadaş gecə ilə gəlib ondan şəxsiyyət vəsiqəsini almışdı ki bilet alsın. Həm də səhəri onu ofisdə gözləyəcəyini demişdi.

Ofisdə pulları sayıb cantaya qoyandan sonra ona 200 manat,bir də qatara bilet vermişdi,Bakıda gedəcəyi ünvanı, pulu qəbul edəcək adamın telefon nömrəsini vermişdi.

-Niyə cay icmirsiz? Soyuyur.

Kupe yoldaşının səsi Aydın müəllimi fikirdən ayırdı.

-Həə..

Caydan bir qurtum icdi. Doğrudan da cay ilıq idi. Qonşusu ona konfet də uzatdı. Aydın müəllim konfeti alıb acdı, konfetlə cayını icib qutardı. Yenə siqaret cəkmək istədi. Birdən onu qəribə bir yorğunluq bürüdü. Ayaqlarından başlayan xoş bir məstlik, başına doğru yuxarı qalxmağa başladı. Diqqətini cəmləyib kupe qonşusuna baxdı. Qonşusu gözlərini diqqətlə ona zilləmişdi. Müəllim  beyninin qaranlıq bir küncündə qəti qərara gəldi ki, bu adamın təkcə səsi yox, özü də Dadaşa bənzəyir. Fərqləri budur ki, Dadaş bundan kökdür.İstədi sorusun ki, sən Dadaşı tanımırsan,yaman sənə oxşayır e.. Soruşa bilmədi. Dərin yuxuya getdi.

Onu oyadan kim idi belə? Nə insafsız adam idi.. O cür yuxu görürdü. Görürdü ki, anası Cəvahirlə qızı Cəvahir mətbəxlərində stol arxasında əyləşiblər. Yoldaşı da qazandan plov cəkir…

-Ay qardaş, ay qardaş..

Bələdci get gedə səsini daha da qaldırırdı-Qardaş, niyə ayılmırsan? Sənə nə olub?

Gözlərini acdı. Ətrafa baxdı. Birdən qəfil elə bil beynindən cəkiclə vurdular. Başından  qopan dəhşətli ağrıdan üzünü turşutdu. Amma bu ağrı həm də onu ayıltdı deyəsən

-Hec nə,qardaş yaxşıyam.

-Dur qardaş, qatar depoya gedir ..

Ayağa durdu. Özünü lap piss hiss elədi. Ürəyi bulanırdı. Birdən yadına nə düşdüsə, tez əlini atıb oturacağını qaldırdı. Canta yox idi!

Telefonuna zəng gəldi.Acdı .

Dadaşın səsi idi-Müəllim, harda qalmısan? O adam səni gözləyir axı.

Dodaqları güclə aralandı-Cantanı oğurladılar,Dadaş!

-Nə? Sən nə danışırsan? Daha denən evimiz yıxıldı ki.. Sən belə elə, tez qayıt gəl. Qayıt! Eşitdin? Gəl cıx, bir şey fikirləşərik.

Aydın müəllim Dadaşın səsini əks-səda ilə eşidirdi. Cavab verməyə halı qalmamışdı, eləcə başı ilə təsdiq elədi.

Dadaş telefonun düyməsini basdı.

Yenidən bir nömrə yığdı-Əmioğlu, hardasan? Ə, hələ vağzaldasan? Cayı başqa yerdə icərsən. Tez uzaqlaş oradan. Qorxmursan ki, görər səni?  Tez bir maşına min gəl rayona. Axşama kimi mütləq burada ol. Özü də ofis tərəfə gəlmə. Arifin restoranında görüşərik. Yaxşı? Əmanətdən ehtiyatlı ol yolda. Oldu.

Telefonu stolun üstünə atdı. Ofisin pəncərəsindən Aydın müəllimin evinə tərəf boylandı. Həyətdə qoyulmuş taxta skamyada 12 yaşlı arıq bir qız uşağı kitab oxuyurdu. Dadaş  beynində  müəllimin evinin həyət qarışıq sahəsini hesablamağa calışırdı.

Müəllif: Sirac Mustafayev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir