Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi

Millət vəkili Qənirə Paşayeva Bağdadda 57 ildir fəaliyyət göstərən İraq Türkman Qardaşlıq Ocağını ziyarət edib və onun rəhbəri Necdət Yaşar Bayatlı ilə görüşüb.

Karabakhmedia.az xəbər verir ki, görüşdə türkmanların vəziyyəti, təşkilatla Azərbaycan qurumları arasında əməkdaşlığın inkişafı istiqamətində mövcud olan potensial və konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanı vətəni kimi gördüklərini deyən Necdət Yaşar Bayatlı İraqda türkmanların üzləşdiyi problemlər barədə danışıb.

Türk dünyasının İraq türkmanlarına daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Türkman Qardaşlıq Ocağının rəhbərliyini və üzvlərini Azərbaycana dəvət edib.

Görüşdə Qarabağ problemi ilə bağlı məlumat verən millət vəkili Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin İraqda da geniş yayılması üçün İraq Türkman Qardaşlıq Ocağını daha çox fəallıq göstərməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir