Sumqayıt şəhərində “Qazi” filminin təqdimatı keçirildi – Fotolar

Prezident Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstyi ilə, “Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən ərsəyə gələn “Qazi” qısametrajlı bədii filmi tamaşaçılara təqdim olundu. Ümumiləşdirilmiş obraz kimi, Qazilərin həyatından bəhs edən bu film, xalqımızı yüz illər boyunca qəsbkarlara qarşı apardığı mübarizəni özündə cəmləşdirir.

Ziyalıların, qazilərin, millət vəkillərinin iştrak etdiyi bu təqdimat gecəsində Qulu Məhərrəmli, Eyruz Məmmədov, Musa Qasımov, Aqil Abbas, Mirmahmud Fəttayev, Növrəstə Yusifova, Məmmədhəsən Həsənov və digərləri çıxışlarında filmin aktuallığına toxunaraq bu işdə yaradıcı kollektivə uğurlar dilədilər. Filmin rejissoru Kamal Almuradlı, ssenari müəllifi Gəray Əlibəyov və baş rolun ifaçısı qazi Kənan Nəcəfovdur.

One thought on “Sumqayıt şəhərində “Qazi” filminin təqdimatı keçirildi – Fotolar

  • 01 Dekabr 2017 at 13:55
    Permalink

    Bu filmin ərsəyə gəlməyində öncə QHT-a Dövlət Dəstəyi Şurasının rəhbəri Azay bəyə, zəhmət və əziyyət çəkənlərə xüsusi olaraq Gəray bəyə, Qazilərin daxili sarsıntısını qabarıq şəkildə göstərən əsərin qəhrəmanı Qarabağ müharibəsinin Qazisi .əziz qardaşımıza ehtiram və təşəkkürümü bildirirəm. allah hər bai zəhməti keçən insanları qorusun. Amin!!!

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir