“Qazi” filminin təqdimatı həyata keçiriləcəkdir. – Foto

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn bu film, bir Qarabağ döyüşçüsünün həyatından bəhs edir. Buna baxmayaraq, filmin sujet xətti daha uzaqlara gedərək, keçən əsrin əvvələrindən başlayıb, erməni qəsbkarlığına qarşı mübarizə aparan və qazi olan babasının da 416-cı Taqanroq diviziyasında alman faşizminə qarşı mübarizə aparmasından, qazi olan atası, Qarabağ döyüşlərində şəhid düşən qardaşından və qazi olan öz həyatından bəhs edən qısametrajlı bədii-sənədli film üzərində işlənib. Filmdə əsas rolu Qarabağ qazisi Kənan Nəcəfli oynayır. Filmin quruluşçu rejissoru Kamal Almuradlı, bədii rəhbəri Rövşən Almuradlı, ssenari müəllifi Gəray Əlibəyov, tərtibatçı və montaj ustası Sahil Nəzərovdur.

“Kitab Yayımı İşinin İnkişafına Dəstək”İctimai Birliyi tərəfindən ərsəyə gələn bu filmin təqdimatı 29 noyabr 2017-ci il tarixində, saat 16:00-da Sumqayıt şəhər, N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçriləcəkdir. Giriş sərbəstdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir