Hədəf uşaq bağçasında “Bayraq günü” qeyd edildi. – Foto

Sumqayıt şəhərində yerləşən “Hədəf uşaq bağçası”nda 9 noyabr Dövlət bayrağı günü ilə əlaqədar bayram tədbiri baş tutub. Körpə fidanların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Tədbirdə həmçinin əl işndən ibarət “master klas” müsabiqəsi keçirilib. Bağçanın müdiri həmçinin onu da qeyd edib ki, hər il tədris planına uyğun olaraq  müxtəlif tədbirlər keçirilir. “Bu il bayraq gününü fərqli olaraq qeyd etdik. Tədbirdə əsasən məktəbə hazırlıq yaşında olan uşaqlar Azərbaycan torpağı, bayrağı haqqında azərbaycan, rus dilində müxtəlif  şeirlər söyləyib və mahnılar oxudular. Tədbirin sonunda uşaqların hazırladığı bayraq bağçaya hədiyyə edildi.”.

Bunlardan əlavə olaraq Elnarə xanım qeyd etdi ki, bu cür bayramların keçirilməsi uşaqların milli ruhda böyüməsi üçün çox vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir