“Şəhidlik Zivəsi”filminin təqdimatı. – Foto

“Şəhidlik Zivəsi” filminin təqdimatı.

Sumqayıt şəhəri N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Şəhidlik Zirvəsi” qısametrajlı sənədli-bədii filmin təqdimatı keçrilib. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin tərəfindən həyata keçrilən bu filmdə, Lələ Təpə döyülərində qəhrəmancasına şəhid düşmüş mayor Elnur Əliyevin həyatından bəhs edir. Tədbirdə millət vəkillərindən Aqil Abbas, Qənirə Paşayeva, Sumqayət şəhər ziyalıları, hərbiçilər, qazilər, Elnurun boya-başa çatdığı Dədəli kənd nümayəndələri, şəhid anaları və belliklə, 300 nəfər tamaşaçı (yer olmadığından, geri dönən saysız-hesabsız insanlardan üzr istəyirik.)  iştrak edirdi.
Filmin təqdimatında iştirak edən qonaqlar növbə ilə, səliqə ilə və qürurla film haqda öz fikirlərini bildirdilər. Cəbhə dostlarından tutmuş millət vəkillərinədək yaradıcı kollektivi təbrik etdilər. Saat yarım davam edən bu tədbir iştrakçıların qəlbində hələ uzun müddət yaşayacaqdır. Film tarixə düşərək Elnur bəylə əbədi yaşayacaqdır.
Filmin ssenari və ideya müəllifi Gəray Əlibəyov, rejissoru Sahil Nəzərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir