Türkiyə Tiflisi NATO-da buna görə görmək istəyir

ABŞ və Türkiyənin qarşılıqlı maraqları nəzərə alındığı halda, bəzi məqamlara göz yumularaq, Gürcüstan NATO-ya daxil edilə bilər.

Simurq.info xəbər verir ki, bu sözləri rusiyalı araşdırmaçı, siyasi ekspert Andrey Boldırev deyib.

“Türkiyənin Gürcüstanın NATO üzvlüyünü təsdiqləməsi regiondakı lider mövqeyini qoruyacağına əmin olmasından irəli gəlir. Eyni zamanda söyləmək mümkündür ki, gələcəkdə Türkiyə Rusiyanın Qara dənizdə güclənməsini istəməsin”, – Boldıyev bildirib.

Ekspert qeyd edib ki, Gürcüstanın NATO üzvü olması ehtimalına Rusiya psixoloji olaraq hazırdır və bu, Moskva üçün gözlənilməz olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir