Məhkəmədən “Holcim”lə bağlı qərar

Bakı Apellyasiya Məhkəməsində “Holcim (Azərbaycan)” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə şikayətinə baxılıb.

Simurq.info Report-a istinadən xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilıən prosesdə qərar elan edilib.

Qərara əsasən, “Holcim (Azərbaycan)”ın şikayəti təmin edilməyib və Qaradağ Rayon Məhkəməsi qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilərək, 300 manat cərimə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir