Nəsiminin Hələbdəki məzarı təmir olundu

Hələbdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məzarı təmir olunub.

Simurq.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət deyib:

“Bu il Azərbaycan hökuməti Azərbaycanda “Nəsimi ili” elan etdi. Bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, Suriyada gedən müharibə nəticəsində məzar tamamilə dağılmışdı. Ona görə burada hər hansı tikinti işlərinin aparılması riskli idi. Bu səbəbdən illərdir ki, Nəsiminin məzarı baxımsız vəziyyətdə qalmışdı”.

Bəşşar Nəsimi qeyd edib ki, ailə olaraq məzarlığı təmir etmək qərarına gəliblər:

“Qərara gəldik ki, şəxsi büdcəmiz hesabına Nəsiminin məzarını təmir edək. Çünki bura dünyanın bir çox ölkələrindən ziyarətçilər gəlir. Ona görə də təmir işləri aparmağa nail olduq”.

Qeyd edək ki, Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir