Putindən Bolqarıstana xəbərdarlıq

Rusiya Prezidenti Vladimir Putin “Türk axını” layihəsi ilə bağlı gecikmələrə görə Bolqarıstan hakimiyyətini kəskin şəkildə tənqid edib.

Simurq.info xəbər verir ki, Kreml rəhbəri serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşündə Bolqarıstanın dəfələrlə Rusiyadan qaz nəqli ilə bağlı müraciətlər etməsinə baxmayaraq, “Türk axını” layihəsi çərçivəsində görülən işləri məqsədli olaraq gecikdirdiyini bildirib.

“Bunu açıq şəkildə deyirəm: Bolqarıstan hakimiyyəti “Cənub axını” layihəsini pozduqdan sonra “Türk axını”nın nəyin bahasına olursa-olsun həyata keçirilməsi üçün bizə bir neçə dəfə müraciət etdi. Lakin böyük ehtimzala görə, xarici təzyiqlər səbəbindən işləri gecikdirirlər. Bu layihənin Bolqarıstanda necə davam etdiriləcəyinə baxacağıq. Bolqarıstan hakimiyyəti istəmirsə, Avropanın cənubunda layihəmizi həyata keçirmək üçün fərqli yollar axtaracağıq”, – deyə Putin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir