Tarix Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Simurq.info xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir