Hərbi qulluqçumuz vəfat etdi

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Simurq.info xəbər verir ki, həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir