Rusiya və ABŞ Rakkanı almaq üçün planları razılaşdırır

Rusiya və ABŞ hərbçiləri Suriyada Rakka və Deyr-əz-Zor şəhərlərinin alınması üçün birgə planları razılaşdırır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib.

Onun sözlərinə görə, tərəflər terrorçuluqla mübarizənin ümumi məqsədlərinin ziyan görməməsi üçün birgə addım atmaq qərarına gəlib.

Davamı

Azərbaycan İslam ölkələrini Ermənistanla əməkdaşlığı məhdudlaşdırmağa çağırdı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, E. Məmmədyarov çıxışında bildirib ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb. Nazir xatırladıb ki, 1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birməna

Davamı

Sabahın havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Davamı

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) SQ TTM-in komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsiyyət qurmaq bacarığı, fər

Davamı

“Azərbaycanın uğurları hər zaman kimlərdəsə qıcıq yaradıb”

Sahib Məmmədov: “Antiazərbaycan şəbəkənin ölkə daxilindəki üzvləri bilərəkdən qanunları kobud şəkildə pozub, səs-küy salmaqla, hətta özlərinin həbs edilməsinə nail olmaqla şou düzəldirlər” 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hər il İnsan meyarı (ölçüsü) üzrə ənənəvi iclasları keçirilir. Bu tədbir DTİHB yerləşdiyi Varşava şəhərində olur. Bundan başqa, adətən Vyanada ixtisaslaşmış mövzular üzrə əlavə tədbirlər də keçirilir. Budəfəki tədbir 11-22 sentyabr 2017-ci il tarixlərində keçirilir. Azərbaycandan həmin tədbirlərdə rəsmi dövlət nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyətinin, media sektorunun nümayəndələri də iştirak edib. Sözügedən tədbir və orada müzakirə olunan məsələlər, antiazərbaycan şəbəkənin əsassız iddiaları, ölkəmizə qarşı təşkil

Davamı

Rusiya millisinin sabiq futbolçusu Litva klubunda

Rusiya millisinin sabiq futbolçusu Diniyar Bilyaletdinov karyerasını Litvada davam etdirəcək.  32 yaşlı havbek “Trakai” klubu ilə 3 illik müqavilə imzalayıb. O, yeni klubunda debüt matçını “Lietava Jonava”ya qarşı keçirə bilər.

Bilyaletdinovun son klubu “Rubin olub (2015-17). Kazan təmsilçisində 21 rəsmi oyuna çıxan yarımmüdafiəçi 2 qol, 3 məhsuldar ötürmənin müəllifi olub. O, karyerası ərzində “Lokomotiv”, “Everton”, “Spartak”, “Anji” və “Torpedo”nun da şərəfini qoruyub.

Davamı

Messi poker edib

“Barselona” futbol üzrə İspaniya çempionatının V turunda “Eybar”ı darmadağın edib.

Barselona şəhərinin “Kamp Nou” stadionunda keçirilən görüş ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Kataloniya komandasının heyətində Lionel Messi poker edib, digər iki qolu Denis Suares və Paulinyo vurub. Qonaqların yeganə qoluna Serxi Enriç imza atıb.
“Barselona” bu qələbədən sonra xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinə liderliyini davam etdirir. “Eybar” 6 xal ilə 13-cü mövqedə qərarlaşıb.

İspaniya – Primera. 5-ci tur

“Barselona” – “Eybar” – 6:1

1:0 – Messi – 20 (pen), 2:0 – Paulinyo – 38, 3:0 – Suares – 53, 3:1 – Enriç – 57, 4:1 – Messi – 59, 5:1 – Messi – 62, 6:1 – Messi – 87.

Davamı

Əli ilə Ayselinin toy geyimi

Son zamanlar toy edən çütlüklərin toydan öncəki fotoları diqqətimizi özünə cəlb edir. Bəy ilə gəlinin müxtəlif məkanlarda və müxtəlif geyimlərdə şəkilləri toy günü qonaqlara nümayiş etdirilir. Ədətlərimiz dəyişdiyi bu zamanda nələrin itib-batdığını  biz də elə siz də yaxşı bilirsiz. Əli ilə Ayselin bu xoş günüdə biz Vetenim.İnfo  saytı olaraq itən adət-ənənələrimizdən yox əksinə baxdıqca baxmaq istədiyimiz milli geyimdə onların əsil bəy və gəlinə bənzərliyini sizə təqdim etmək istəyirik.

 

 

TƏBRİKLƏR AYSEL və ƏLİ

Davamı

Lavrovdan jurnalistə: İndi isə rədd olun

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun isveçrəli həmkarı Didyer Burkhalterlə keçirdiyi görüş maraqlı anlarla yadda qalıb.

Isveçrəli jurnalistlərdən biri Lavrova müraciət edərək həmkarı Burkhalterə nə arzu etdiyini soruşub. Rus nazir də öz növbəsində jurnalistə “Mətbuat konfransındayıqmı?” deyə sual verib.

Daha sonra Lavrov jurnalistə heç bir zaman “son” kəlməsini istifadə etməməyi məsləhət bilib:

“Hörmətli Burkhalterə nə istəyirsə, onu da arzu edirəm. Önəmli olan bizim insanlar üçün nə dilədiyimiz deyil, hər bir şəxsin özü üçün nə istədiyidir”.

Ardınca isveçrəli nazir “Möhtəşəm sözlər, tam rus tərzində” deyə cavab verib.

Bundan sonra Rusiya XİN rəhbəri jurnalistə tərəf çönərək gülümsəyib və “İndi isə rədd olun” deyib.

Davamı

Yeni plan həyata keçiririk – Ərdoğan

Təəssüf ki, beynəlxalq ictimaiyyət terrorizmlə mübarizədə Suriya xalqını yalnız buraxdı.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündə çıxışı zamanı deyib. O bildirib ki, hazırda Türkiyədə 3 milyondan çox suriyalı və 200 mini ötən iraqlı miqrant yaşayır:

“Bu insanların yaşadıqlarına biganə qala bilməzdik. Astana formatını başlatdıq. Yeni plan həyata keçiririk. Sabit və dinamik Suriya üçün istənilən formatı dəstəkləyirik. Miqrant axınının qarşısını almaq üçün əlimizdən gələni edirik”.

Davamı